http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb

28 Mart 2024 , 14:19
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb

“Azərişıq” ASC Göyçayda əsaslı təmir və yenidənqurma işləri aparır.

"Operativ Media" səhmdar cəmiyyətə istinadən xəbər verir ki, rayon ərazisində istismar müddəti bitmiş dayaqlar müasir metal dayaqlarla əvəz olunur, izolyasiyalı kabel xətləri çəkilir.

Şəhərlə yanaşı Göyçayın kəndlərinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Mırtı kəndində 35/10 kV-luq, 6,3 MVt gücündə yeni yarımstansiyanın tikintisi davam etdirilir. Bu yarımstansiyaya 35 kV-luq 7,5 km uzunluğunda hava xətti çəkilir.

Mırtı yarımstansiyası rayonun 12 kəndini – Ləkçılpaq, Yalman, Qaraxıdır, Mırtı, Alıkənd, Cırqurd, Şəkər, Veysəlli, Çaxırlı, Alpout, Bəydövül və Qaraman kəndlərinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Yarımstansiya tikilib istismara verildikdən sonra 5 min abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Hazırda 110/35/10 kV-luq Göyçay yarımstansiyasından qidalanan 10 kV-luq 5-ci şəhər hava xəttini əhatə edən küçə və məhəllələrdə işlər davam edir. Həmçinin, 0,4 kV-luq elektrik veriliş xətlərində köhnə tipli naqillər, dayaqlar və sayğaclar yeniləri ilə əvəzlənir. Ümumilikdə, İnvestisiya Proqramına uyğun olaraq ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsi yenilənir.

OXŞAR XƏBƏRLƏR
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Bakı metrosunda ölüm hadisəsi baş verib

Bakı metrosunda ölüm hadisəsi baş verib

Biləsuvarda ərzaq mağazasının anbarında yanğın olub

Biləsuvarda ərzaq mağazasının anbarında yanğın olub

XƏBƏR LENTİ
  • Dünən
    22:46

    Rusiya XİN: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”
  • Dünən
    21:48

    Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
    Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
  • Dünən
    21:15

    “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
  • Dünən
    20:50

    Tacikistan öz vətəndaşlarını Rusiyaya getməməyə çağırır
  • Dünən
    19:56

    Çində tornodo nəticəsində 5 nəfər ölüb
  • Dünən
    19:10

    Bakı metrosunda ölüm hadisəsi baş verib
  • Dünən
    18:58

    Biləsuvarda ərzaq mağazasının anbarında yanğın olub
  • Dünən
    18:37

    İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
    İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
Menyu