Menyu

Azərbaycanda sərnişin avtobusları azı 15 günlük yaddaşa malik videokamera ilə təchiz ediləcək

Nərmin Qocamanlı
Azərbaycanda sərnişin avtobusları azı 15 günlük yaddaşa malik videokamera ilə təchiz ediləcək

Azərbaycanda şəhərdaxili və şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən, daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusuna malik videokameralarla təchiz ediləcək.

"Operativ Media" xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Bundan başqa, müntəzəm şəhərdaxili sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və yaxud xüsusi səs siqnalı olmalıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər