http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

163 dövlət əmlakı üzrə hərrac keçiriləcək

28 Mart 2024 , 17:14
163 dövlət əmlakı üzrə hərrac keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 9, 16, 23 və 30 aprel tarixlərində keçiriləcək hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi və 158 nəqliyyat vasitəsi çıxarılacaq.

"Operativ Media" xəbər verir ki, Dövlət Xidmətinin məlumatına görə, hərracda iştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Ucar İnşaat Xidmət”, “Əli Bayramlı Konserv”, “Biləsuvar Broyler” və “Zaqatala Fındıq” səhmdar cəmiyyətləridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 25.676 manatla 838.868 manat arasında dəyişir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi Ağstafa rayonunda yerləşən "Qərb Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətidir. İnvestorlara 1.710.500 manat ilkin qiymətlə təklif olunan müəssisənin ümumi faydalı sahəsi 4.188 kvadratmetr, torpaq sahəsi isə 12.000 kvadratmetrdir.

Hərraclara çıxarılan nəqliyyat vasitələri əsasən Rusiya, Almaniya, İtaliya və Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1978-2018-ci illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.

 

OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda ölüm hadisəsi baş verib

Bakı metrosunda ölüm hadisəsi baş verib

Biləsuvarda ərzaq mağazasının anbarında yanğın olub

Biləsuvarda ərzaq mağazasının anbarında yanğın olub

Qubada kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Qubada kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

XƏBƏR LENTİ
  • 20:50

    Tacikistan öz vətəndaşlarını Rusiyaya getməməyə çağırır
  • 19:56

    Çində tornodo nəticəsində 5 nəfər ölüb
  • 19:10

    Bakı metrosunda ölüm hadisəsi baş verib
  • 18:58

    Biləsuvarda ərzaq mağazasının anbarında yanğın olub
  • 18:37

    İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
    İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
  • 18:25

    Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
  • 18:14

    Türkiyədə 38 qeyri-leqal miqrant saxlanıldı
  • 17:50

    ABŞ səfiriliyi Şuşada baş verən mina partlayışı barədə paylaşım edib
Menyu