http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Taksilərə rəng tələbi qiymətlərə ciddi təsir edəcək - Ekspert

28 Mart 2024 , 21:57
Taksilərə rəng tələbi qiymətlərə ciddi təsir edəcək - Ekspert

Azərbaycanda fəaliyyət göstərən taksilərin sayı 60 mindən çoxdur. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu sayın 20 minə çatdırılacağını bildirmişdi. Artıq taksilərlə bağlı yeni qayda tətbiq ediləcək. Belə ki, taksi fəaliyyəti ancaq ağ, qırmızı və yaşıl rəngli avtomobillərlə mümkün olacaq. Bəs bu qiymətlərə necə təsir edəcək?

“Operativ Media”ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, yeni qaydalar taksi qiymətlərinə təsir edəcək.

“Taksi fəaliyyəti sahəsində uzun sürən problemlər, çətinliklər, anarxiyadan sonra artıq deyə bilərik ki, bu sahədə islahatlara start verilib. Ümid edirik ki, bu islahatlar ciddi mənada dəyişikliklər yaradacaq. Bu gün Nazirlər Kabinetinin imzaladığı qərara əsasən artıq bu sahədə müxtəlif tələblər ortaya qoyulur. Həm taksi fəaliyyəti sahəsində, eyni zamanda digər  sərnişin daşımalarda artıq müəyyən tələblər qoyulub. Təbii ki, islahatlar aparıldığı zaman razı və narazı qalan kütlə olur. Taksi istifadəçiləri buradakı tətbiq edilən qaydalarla, tələblərlə, yəqin ki, razı qalacaqlar. Müəyyən qədər taksilərin fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinin keyfiyyəti yüksəldiləcək. Təbii ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər və yaxud da fiziki şəxslərdə isə bu müəyyən qədər çətinlik yaradacaq. Əlbəttə ki, bütün bu islahatların həyata keçirilməsi və bunlara qoyulan tələblərin 2024 cü il iyul ayının 1-dən qüvvəyə minməsi müəyyən çətinliklər yaradacaq. Tələblərə əsasən taksi avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır. Eyni zamanda minimum AVRO-5 standartına cavab verməlidir. İstehsal tarixi 15 ildən çox olmamalıdır”, - Y.Mustafayev qeyd edib. 

Ekspertin sözlərinə görə, qiymətlər nəzərəçarpacaq dərəcədə artacaq.

“Qaydalara uyğun olmaq üçün, yəqin ki, avtomobillərini ya satmalı, ya dəyişdirməli və yaxud da rənglətməli və s. işlər görməlidirlər. Bu da müəyyən xərclər yaradır. Bu xərclər də, yəqin ki, taksi daşımalarında özünü göstərəcək. Yəni qiymət artımına gətirib çıxardacaq və qiymət artımı da ciddi bir artım olacaq. Hər bir halda qiymət artımı olsa da, kifayət qədər keyfiyyətli xidmətin göstərilməsinin şahidi olacıyıq. Hər bir halda bu qoyulan tələblər vətəndaşlar - onların təhlükəsizliyi və rahatlığı üçündür”, - ekspert əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

MM sədri COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib

MM sədri COP29-a dəvət məktubunu Monteneqro Prezidentinə təqdim edib

XƏBƏR LENTİ
  • Dünən
    22:46

    Rusiya XİN: “Haitidəki xaos ABŞ-nin ölkənin işlərinə qarışmasının bariz nümunəsidir”
  • Dünən
    21:48

    Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
    Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir
  • Dünən
    21:15

    “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
  • Dünən
    20:50

    Tacikistan öz vətəndaşlarını Rusiyaya getməməyə çağırır
  • Dünən
    19:56

    Çində tornodo nəticəsində 5 nəfər ölüb
  • Dünən
    19:10

    Bakı metrosunda ölüm hadisəsi baş verib
  • Dünən
    18:58

    Biləsuvarda ərzaq mağazasının anbarında yanğın olub
  • Dünən
    18:37

    İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
    İçkili tanışını yumruqla öldürən şəxs saxlanıb
Menyu