Menyu

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Əziz Əzizli
Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb
1 dəq oxu

Qazaxda narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon sakini Şöhrət Orucov saxlanılıb.

"Operativ Media" xəbər verir ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə onun əlindəki çantadan 3 kiloqram marixuana, həşiş, tiryək və bir ədəd elektron tərəzi aşkar olunub.

Araşdırmalarla müəyyən edilib ki, Ş. Orucov narkotikləri öz istifadəsi və satış üçün əldə edib.

Saxlanılan şəxs kuryer fəaliyyətini pul müqabilində həyata keçirdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər