Menyu

Ötən gün 50 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Nərmin Qocamanlı
Ötən gün 50 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 50 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
   
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,8 kiloqramdan artıq heroin, 39 kiloqrama yaxın marixuana, 2,7 kiloqramdan çox tiryək, 2 kiloqramdan artıq metamfetamin, həmçinin 2155 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər