Menyu

"Apple" may ayında yeni cihazlarını təqdim etməyi planlaşdırır

Nərmin Qocamanlı
"Apple" may ayında yeni cihazlarını təqdim etməyi planlaşdırır

"Apple" yeni "iPad Pro" və "iPad Air" modellərinin istehsal həcmini artırıb.

"Operativ Media" "Bloomberg"ə istinadən xəbər verir ki,  "Apple" əvvəlcə yeni "iPad"ləri martın sonu və ya aprelin əvvəlində buraxmağı planlaşdırırıb, lakin şirkət hələ də onların proqram təminatı üzərində işləyir. Agentliyin məlumatına görə, ekranlar ləngimələrə səbəb olan mürəkkəb yeni istehsal texnikaları tələb edir.

Bildirilib ki, "Pad Pro" planşetlərində "Apple"ın yeni M3 çipi, daha kəskin OLED displey olacaq və həmçinin "Magic Keyboard" və "Apple Pencil" stilusunun yenilənmiş versiyaları ilə uyğun olacaq. "iPad Air" yeni prosessora və 12,9 düymlük versiyaya da sahib olacaq.

Bununla yanaşı, "iPad Pro" 2018-ci ildən bəri ilk dəfə, "iPad Air" isə 2022-ci ildən etibarən yenilənəcək. 

İyunun 10-da Ümumdünya Yaradıcılar Konfransı (WWDC) keçiriləcək. WWDC-nin əsas hadisəsi yeni əməliyyat sistemlərinin premyerası olacaq, lakin yeni "Apple" məhsullarının da təqdim edilməsi mümkündür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər