"Nar Mobile" bəzi xidmətlərdə və tariflərdə dəyişiklik edəcək
"Nar Mobile" aprelin 7-dən etibarən bəzi xidmətlərdə və tariflərdə dəyişikliklər həyata keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə mobil operatorun səhifəsində qeyd olunub.
07.04.2024 tarixindən sonra dəyişiklik edilən xidmətləri təqdim edirik:
"“Danışır Bakı” tarifində ölkədaxili zəngin bir dəqiqəsi 7 qəpikdən hesablanacaq;
"Limitsiz” tarifində ölkədaxili zəngin bir dəqiqəsi 8 qəpikdən hesablanacaq;
"Super 0” tarifində ölkədaxili zəngin 3-cü dəqiqədən sonarkı qiyməti 16 qəpik olacaq;
"Yerlim” tarifində bölgələrdən edilən zənglər zamanı ölkədaxili zəngin qiyməti 6 qəpik olacaq;
"Saniyə" tarifində ölkədaxili zənglərin 1 dəqiqəsi 10 qəpik olacaq;
"3-ü 1-də” tarifində ölkədaxili zənglərin qiyməti aylıq abunə haqqının ödənilib ödənilməməsindən asılı olmayaraq 9 qəpik olacaq;
"Salam” tarifində ölkədaxili zənglərin qiyməti 7 qəpik olacaq;
"Sənin 3-ün” tarifində aylıq abunə haqqı ödənilmiş olduqda ölkədaxili zənglərin 1 dəqiqəsi 6 qəpik, aylıq abunə haqqı ödənilmədikdə 1 dəqiqəsi 9 qəpik olacaq;
"Sıfır” tarifində ölkədaxili zənglərin qiyməti 10 qəpik olacaq;
"Bumeranq” tarifində ölkədaxili zənglərin qiyməti 10 qəpik olacaq;
"Ölkəm” tarifində ölkədaxili zənglərin qiyməti 10 qəpik olacaq".
Qeyd edək ki, dəyişikliklərə əsasən bütün öncədən ödənişli tariflərdə 1 SMS-in qiyməti 9 qəpik olacaq. Bundan əlavə balansı şifrə ilə öyrənmək üçün də ödənişin məbləği 5 qəpik təşkil edəcək.