http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

29 Mart 2024 , 12:09
“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, plana uyğun olaraq təlimə cəlb olunan bölmələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub.

Təlimdə tapşırıqların icrası ilə bağlı fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə uyğun olaraq qəbul edilmiş qərarlara dair məruzələr dinlənilib.

Bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətinin və çevik qərar qəbuletmə bacarıqlarının artırılması, eləcə də qərargahların fəaliyyətinin və bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

OXŞAR XƏBƏRLƏR
Sədərəkdə sursat partlayışı nəticəsində həlak olanlar dəfn edilib - FOTO

Sədərəkdə sursat partlayışı nəticəsində həlak olanlar dəfn edilib - FOTO

Neftçalada 1 nəfər süni göldə batdı

Neftçalada 1 nəfər süni göldə batdı

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

XƏBƏR LENTİ
  • Dünən
    23:12

    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
  • Dünən
    23:02

    Blinken: "ABŞ Ermənistanla Azərbaycanın delimitasiya sahəsində əldə olunmuş razılaşmanı təqdir edir"
  • Dünən
    22:59

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
  • Dünən
    22:55

    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
  • Dünən
    22:49

    Meksikada sərnişin avtobusu aşıb, 14 nəfər ölüb
  • Dünən
    22:46

    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
  • Dünən
    22:14

    Rişi Sunak vəzifəsindən uzaqlaşdırıla bilər
  • Dünən
    22:00

    "Sumqayıt" "Qarabağ"ı məğlub etdi
Menyu