Menyu

ETSN ictimai-iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edib

Nərmin Qocamanlı
ETSN ictimai-iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edib

Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı havaya normadan artıq tullantı atıldığı müəyyən olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, bir sıra ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət göstərilmir, filtrlər dəyişdirilmir, buna görə də havaya normadan artıq tullantı atılır.

“Restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Ramazan ayında toyların olmamasını bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər”.

Xidmət rəisi əks halda qanun pozucularına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görüləcəyini bildirib.

Teqlər:

"ETSN ictimai-ia\u015f\u0259 obyektl\u0259rinin sahibl\u0259rin\u0259 x\u0259b\u0259rdarl\u0131q edib"

Əlaqəli Xəbərlər