http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

29 Mart 2024 , 13:03
Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Martın 1-dən etibarən start götürən dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin tamamlanmasına sayılı günlər qalıb.

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupundan "Operativ Media"ya bildirilib ki, bu müddət ərzində müsabiqəyə ötən illərlə müqayisədə rekord sayda müraciət qeydə alınıb. Belə ki, 14 min nəfərdən çox iştirakçı qeydiyyat mərhələsini uğurla tamamlayaraq mentorlardan 1 illik fərdi inkişaf planı əldə etmək, adını kadr ehtiyatı bankına yazdırmaq və 20 000 AZN məbləğində pul mükafatı qazanmaq üçün müsabiqəyə qoşulub. Müsabiqə üçün qeydiyyat yukselish.az saytı vasitəsilə həyata keçirilir və martın 31-i saat 18:00-dək davam edəcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

OXŞAR XƏBƏRLƏR
Sədərəkdə sursat partlayışı nəticəsində həlak olanlar dəfn edilib - FOTO

Sədərəkdə sursat partlayışı nəticəsində həlak olanlar dəfn edilib - FOTO

Neftçalada 1 nəfər süni göldə batdı

Neftçalada 1 nəfər süni göldə batdı

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

XƏBƏR LENTİ
  • Dünən
    23:12

    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
  • Dünən
    23:02

    Blinken: "ABŞ Ermənistanla Azərbaycanın delimitasiya sahəsində əldə olunmuş razılaşmanı təqdir edir"
  • Dünən
    22:59

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
  • Dünən
    22:55

    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
  • Dünən
    22:49

    Meksikada sərnişin avtobusu aşıb, 14 nəfər ölüb
  • Dünən
    22:46

    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
  • Dünən
    22:14

    Rişi Sunak vəzifəsindən uzaqlaşdırıla bilər
  • Dünən
    22:00

    "Sumqayıt" "Qarabağ"ı məğlub etdi
Menyu