Menyu

Özbəkistan və İrandan idxal olunan bir sıra qida məhsullar geri göndəriləcək

Nərmin Qocamanlı
Özbəkistan və İrandan idxal olunan bir sıra qida məhsullar geri göndəriləcək

Özbəkistan, Meksika və İrandan idxal olunan bir sıra qida məhsulları geri göndəriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd edilib ki, cari ilin fevral və mart aylarında “Valehlər” MMC tərəfindən idxal olunan Özbəkistanın “Hayot Dried Fruit and Spices LLC” müəssisəsinin istehsalı olan 2000 kq qırmızı istiot (acı), "Vertex Commerce” MMC tərəfindən idxal olunan Meksikanın “Don Julio” müəssisəsinin istehsalı olan “Don Julio Blanco” əmtəə nişanlı 168 litr (240 ədəd 0.7 litr həcmdə) tekila və fiziki şəxs Hüseynov Hüseyn Elçin oğlu tərəfindən idxal olunan İranın “Hamid Fallah Co.” müəssisəsinin istehsalı olan 1020 kq püstə məhsulu partiyalarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Müayinələr nəticəsində tekila məhsulunda metil spirtinin, qırmızı istiot (acı) və püstə məhsulunda isə Aflatoksin B1-in normadan artıq olduğu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının məhv edilməsi və ya istehsalçı ölkəyə geri göndərilməsi barədə qərarlar qəbul olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər