Menyu

Salyan rayon sakinindən külli miqdarda heroin götürülüb

Nərmin Qocamanlı
Salyan rayon sakinindən külli miqdarda heroin götürülüb
1 dəq oxu

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Həşim Zayıdov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, onun üzərindən 2 kiloqram 500 qram heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, H.Zayıdov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər