Menyu

Hörmüz boğazında 3 neft tankeri minaya düşüb

Nicat Hüseynli
Hörmüz boğazında 3 neft tankeri minaya düşüb
1 dəq oxu

İran İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının cənubunda üç neft tankerinin dəniz minalarına düşərək partladığını və alovlandığını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Ordusu Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, tankerlər son 24 saat ərzində xəbərdarlıqlara məhəl qoymadan qadağan olunmuş marşrutdan istifadə etməyə çalışıblar.

“Marşrutun dəniz minaları ilə dolu olduğu bildirilib və gəmi sahibləri ilə ekipajlara xəbərdarlıq edilib”, - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər