http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ən çox müraciət edilən magistr ixtisasları hansılardır?

29 Mart 2024 , 14:40
Ən çox müraciət edilən magistr ixtisasları hansılardır?

Hər il Azərbaycanda magistr təhsili almaq istəyən tələbələrin sayı artır. Bu da bakalavr pilləsində ümumiləşdirilmiş bir çox ixtisasın magistrantlar üçün ayrı-ayrı ixtisaslara bölünməsini labüd edir. İxtisas bolluğu isə keçid ballarında da özünü göstərir. 

Bəs magistaturada tələbələrin ən çox müraciət etdikləri ixtisaslar hansılardır?

Mövzu ilə bağlı elm və təhsil eksperti Rizvan Fikrətoğlu "Operativ Media"ya açıqlama verib.

O bildirib ki, ən çox üstünlük verilən ixtisasların keçid balları da yüksək olur:

"Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən azı bakalavr təhsil pilləsini bitirmiş şəxslər iştirak edə bilərlər. İmtahan məntiq, informatika və xarici dil olmaqla 3 fəndən keçirilir. Maksimum bal 100 hesab edilir. Təhsilin bu pilləsinə qəbul olmaq üçün mədəniyyət və incəsənət, kənd təsərrüfatı, xüsusi təyinatlı, bədən tərbiyəsi və idman ixtisaslar qrupuna minimum 30 bal tələbi qoyulur. Təhsil, texniki və texnoloji, səhiyyə, rifah və xidmət ixtisasları qrupunda minimum bal tələbi 40 olaraq müəyyənləşdirilib. Həmçinin iqtisadiyyat və idarəetmə ixtisasları qrupunda minimum keçid balı 45, eləcə də humanitar və sosial ixtisaslar qrupunda bu tələb 50 bal olaraq müəyyən edilib. Keçid balları həmin ixtisaslar qrupuna olan maraq nəzərə alınmaqla formalaşdırılıb. Başqa sözlə, idman ixtisaslar qrupuna olan maraq humanitar və sosial ixtisaslar qrupuna olan maraqdan azdır. Nəzərə almaq lazımdır ki, hansısa ixtisas qrupunda keçid balının 40 olması, bu qədər bal toplayan bütün bakalavrların qəbul olması demək deyil. Sadəcə 40 balla tələbə müsabiqəyə buraxılır. Seçim üçün ona 20 yer verilir və düzgün ixtisaslaşma seçimi aparıldığı halda qəbul edilə bilir. Göründüyü kimi, humanitar və sosial ixtisaslar qrupuna maraq çox olduğu üçün bu istiqamətdə ballar daha yüksəkdir". 

Ekspert qeyd edib ki, magistraturaya qəbulda bakalavra təxminən 75 proqram təqdim edilir və o, öz ixtisasına uyğun proqramları seçə bilir:

"Burada qaydalar konkret və daha dəqiqdir. Bundan başqa, magistraturaya qəbul olmaq üçün ixtisaslaşmalar üzrə plan yeri çox olmur. Məsələn, BDU-nun tarix müəllimliyi ixtisasına 180 yer ayrıldığı halda, adıçəkilən universitetin tarix fənninin tədrisi metodikası və metodologiyası magistratura ixtisaslaşmasına 10-15 yer ayrılır. Çünki tarix müəllimliyi ixtisası bölünür. Proqramlar çox olduğundan ixtisaslaşmaların da sayı çoxdur. Bunun üçün hər bir ixtisaslaşma üzrə plan yeri az olur. Bu da həmin istiqamətdə keçid balının fərqli şəkildə dəyişməsinə səbəb olur". 

R.Fikrətoğlu əlavə edib ki, magistratura üzrə oxumaq istəyən hər bir bakalavra ixtisasdan fərqli ixtisaslaşma seçmə şansı da verilir:

"MBA proqramı vasitəsilə bakalavr yalnız ödənişli əsaslarla iqtisadiyyat, idarəetmə, İKT, insan resursları, ictimaiyyətlə əlaqələr və digər ixtisaslaşmaları seçə bilər. Bundan başqa, jurnalistika üzrə 44 saylı proqrama aid magistratura ixtisaslaşmasını test imtahanından 50 bal toplamış və qabiliyyət imtahanını uğurla vermiş bütün bakalavrlar seçə bilərlər. Bu əsasən onunla əlaqələndirilir ki, istedadı olan hər kəs jurnalist ola bilər. Vurğulanır ki, səhiyyəni bitirən şəxsin jurnalistika istiqamətində magistr təhsili alması, media sahəsində ixtisaslaşmış jurnalistlərin fəaliyyətinə səbəb olacaq. Zənn edilir ki, jurnalistika üzrə bakalavr təhsili alan şəxsin səhiyyədən yazmağındansa, səhiyyəni bitirən və magistratura pilləsində jurnalistika üzrə təhsil almış şəxsin məhsul ortaya qoyması daha qənaətbəxşdir".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Göygöldə 55 yaşlı kişinin meyiti tapılıb

Göygöldə 55 yaşlı kişinin meyiti tapılıb

Bakıda restoranda yanğın olub, zəhərlənənlər var

Bakıda restoranda yanğın olub, zəhərlənənlər var

Dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

XƏBƏR LENTİ
  • Dünən
    23:12

    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
  • Dünən
    23:02

    Blinken: "ABŞ Ermənistanla Azərbaycanın delimitasiya sahəsində əldə olunmuş razılaşmanı təqdir edir"
  • Dünən
    22:59

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
  • Dünən
    22:55

    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
  • Dünən
    22:49

    Meksikada sərnişin avtobusu aşıb, 14 nəfər ölüb
  • Dünən
    22:46

    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
  • Dünən
    22:14

    Rişi Sunak vəzifəsindən uzaqlaşdırıla bilər
  • Dünən
    22:00

    "Sumqayıt" "Qarabağ"ı məğlub etdi
Menyu