http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edib

29 Mart 2024 , 15:05
Sahil Babayev Neftçalada vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayonunda Neftçala və Salyan rayonlarının sakinlərini qəbul edib.

ƏƏSMN-dən "Operativ Media"ya verilən xəbər görə, qəbuldan əvvəl S.Babayev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, mənzil təminatı, əlillik, reabilitasiya vasitələri ilə təminat, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

OXŞAR XƏBƏRLƏR
Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda tıxac olan yollar açıqlanıb

Bakıda tıxac olan yollar açıqlanıb

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar

Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar

XƏBƏR LENTİ
  • 09:16

    Musa Qurbanlı əsas heyətə qayıtdı
  • 09:14

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:02

    Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
  • 09:00

    Azərbaycan PL: "Zirə" "Araz-Naxçıvan"a qarşı
  • 08:36

    Bakıda tıxac olan yollar açıqlanıb
  • 08:05

    Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar
  • 07:11

    Goranboyda mənzildən oğurluq edən şəxs saxlanılıb
  • 06:50

    Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
Menyu