http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib

29 Mart 2024 , 16:27
"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib

Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu “Aqroservis” ASC-nin İdarə Heyətinin sədr müavini İlyas Həsənov Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən biçin prosesinə hazırlıqla bağlı taxılyığan kombaynlarla təminat, bağçılıqda istifadə edilən kiçik ölçülü texnikaların istifadə imkanları və digər məsələlərlə bağlı olub.

Sədr müavin hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Daha sonra İlyas Həsənov rayonun Muxaq kəndində fermer Abdulla Mahmudovun toxumçuluq təsərrüfatına baş çəkib, mövsümi aqrotexniki qulluq tədbirləri ilə tanış olub. Sədr müavini, həmçinin fermer Vidadi Yusubovun tütün və meyvə qurutma kameralarına baxış keçirib, tütün şitili istixanası və çiyələk təsərrüfatı ilə tanış olub.

Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Sədərəkdə sursat partlayışı nəticəsində həlak olanlar dəfn edilib - FOTO

Sədərəkdə sursat partlayışı nəticəsində həlak olanlar dəfn edilib - FOTO

Neftçalada 1 nəfər süni göldə batdı

Neftçalada 1 nəfər süni göldə batdı

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

XƏBƏR LENTİ
  • Dünən
    23:12

    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
    Entoni Blinken: "ABŞ Azərbaycanla ikitərəfli əlaqələri gücləndirilmək niyyətindədir"
  • Dünən
    23:02

    Blinken: "ABŞ Ermənistanla Azərbaycanın delimitasiya sahəsində əldə olunmuş razılaşmanı təqdir edir"
  • Dünən
    22:59

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almatıda görüşəcək
  • Dünən
    22:55

    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
    Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
  • Dünən
    22:49

    Meksikada sərnişin avtobusu aşıb, 14 nəfər ölüb
  • Dünən
    22:46

    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
    Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
  • Dünən
    22:14

    Rişi Sunak vəzifəsindən uzaqlaşdırıla bilər
  • Dünən
    22:00

    "Sumqayıt" "Qarabağ"ı məğlub etdi
Menyu