Menyu

Cəlilabadda 45 min manatdan artıq büdcə vəsaitini məniməməkdə şüphəli bilinən direktorun məhkəməsi başlayır

Nərmin Qocamanlı
Cəlilabadda 45 min manatdan artıq büdcə vəsaitini məniməməkdə şüphəli bilinən direktorun məhkəməsi başlayır

Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Cəlilabad rayon prokurorluğu məlumat yayıb.

Toplanmış sübutlarla Camal Bəşirovun qeyd olunan vəzifədə işlədiyi dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi  və digər qanunsuz yollarla ümumilikdə 45 min manatdan artıq büdcə vəsaitini mənimsəmə və israf etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Camal Bəşirova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə),  308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər