Menyu

DİN saxta kriptovalyuta ilə bağlı vətəndaşlara müraciət edib

Nərmin Qocamanlı
DİN saxta kriptovalyuta ilə bağlı vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi saxta kriptovalyuta ilə bağlı vətəndaşlara müraciət edib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, müraciətdə deyilir:

"Saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb. Təkcə dünən bir neçə vətəndaşımıza dəyən ziyanın miqdarı 20000 manata yaxındır. Cinayətkar şəxslər və ya qruplar “onlayn valyutadəyişmə məntəqələri” yaratmaqla valyuta məzənnələrini şişirdərək diqqəti cəlb edir, saxta elektron sikkələr sataraq insanların pul vəsaitlərini kütləvi formada talayırlar. Elektron dövriyyədə bu mübadilə real görünsə də, əslində saxta səhifələr üzərindən idarə edilir, hansısa birja, maliyyə, bank əlaqəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq vətəndaşları diqqətli olmağa, saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyə çağırırıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər