Ağdaşda iki nəfəri elektrik cərəyanı vurub.
DİN - in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, bugün saat 15:45 radələrində Azərişıq ASC-nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən oranın əməkdaşları -1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurması, sonuncunun hadisə yerində ölməsi, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Yanıq xəsarətləri alan E. Mustafayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.