Menyu

Azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Nərmin Qocamanlı
Azyaşlını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Xəbər verildiyi kimi martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Teqlər:

"Azya\u015fl\u0131n\u0131 q\u0259sd\u0259n \u00f6ld\u00fcrm\u0259kd\u0259 \u015f\u00fcbh\u0259li bilin\u0259n \u015f\u0259xs tutulub"

Əlaqəli Xəbərlər