Menyu

FHN: Yardımlıda evi qəzalı vəziyyətə düşən ailə çadırla təmin olunub

Nərmin Qocamanlı
FHN: Yardımlıda evi qəzalı vəziyyətə düşən ailə çadırla təmin olunub
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinə (FHN) Yardımlı rayonunun Vərgədüz kənd sakini Məmiyeva Validə Əşrəf qızına məxsus evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya bildiriblər ki, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları ailə üçün müvəqqəti yaşayış məqsədilə ailə üzvlərinin sayı nəzərə alınaraq 2 ədəd çadır ev quraraq vətəndaşa təhvil veriblər.

Əlaqəli Xəbərlər