Menyu

Azərbaycan xəbərdarlıq sistemlərinə dair yeni dövlət standartı qəbul edib

Nərmin Qocamanlı
Azərbaycan xəbərdarlıq sistemlərinə dair yeni dövlət standartı qəbul edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS EN 50130-4:2024 “Xəbərdarlıq sistemləri - Hissə 4: Elektromaqnit uzlaşması - Məhsul ailəsi standartı: Yanğın, müdaxilə, saxlama, CCTV, girişə nəzarət və sosial siqnalizasiya sistemlərinin komponentləri üçün dözümlülük tələbləri” dövlət standartını qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, standartda yaşayış, ticarət, sənaye mühitləri, binalar və onların ətrafında istifadə üçün nəzərdə tutulan siqnalizasiya sistemləri, yanğın, aşkarlama, müdaxilə və yanğın siqnalizasiya sistemlərinin komponentlərinə dair dözümlülük tələblər əks olunub.

Yeni dövlət standartı “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər