http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş prokuror Neftçalada vətəndaşları qəbul edəcək

01 Aprel 2024 , 11:42
Baş prokuror Neftçalada vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 6-da, saat 10:00-da Neftçala rayon prokurorluğunun inzibati binasında Neftçala, Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərinin qəbulunu keçirəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Neftçala rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

OXŞAR XƏBƏRLƏR
Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edib

Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edib

Bakıda muzeylərə giriş üçün ödəniş nə qədərdir?

Bakıda muzeylərə giriş üçün ödəniş nə qədərdir?

Abşeronda mənzildə yanğın olub

Abşeronda mənzildə yanğın olub

XƏBƏR LENTİ
  • 16:38

    Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edib
  • 16:35

    “Azərkosmos” Çin şirkəti ilə əməkdaşlıq edəcək
  • 16:30

    Qəzzada ölənlərin sayı 36 min 224-ə çatıb
  • 16:25

    Böyük Britaniyanın Bakıdakı səfirliyində COP29 ofisi açılıb
  • 16:19

    "Qalatasaray" Portuqaliyadan futbolçu transfer edir
  • 16:07

    "Şamaxı" klubunda ilk ayrılıq baş tutdu
  • 16:02

    Bakıda muzeylərə giriş üçün ödəniş nə qədərdir?
  • 15:58

    Finlandiya Prezidenti İlham Əiyevi təbrik edib
Menyu