Azərbaycanda tamaşaçıların ən çox getdiyi teatrlar hansılardır?
Nərmin Qocamanlı
Son illərdə əhalinin böyük bir qismi teatrlara maraq göstərir. Hazırda ölkəmizdə fəaliyyət göstərən teatrların əksəriyyəti hər həftə maraqlı əsərlər ilə tamaşaçıları ilə görüşür. Hətta bir çoxları həftələr əvvəldən bilet alır, çünki sonradan biletlərin hamısı alınmış olur.
Bəs Azərbaycanda tamaşaçıların ən çox getdiyi teatrlar hansılardır?
Mədəniyyət Nazirliyindən "Operativ Media"ya bildirilib ki, ötən ilin göstəricilərinə görə, ölkə ərazisində tamaşıların ən çox üz tutduğu teatr Sumqayıt Dövlət Dram Teatrı olub:
"2023-cü ildə Sumqayıt Dövlət Dram Teatrı 44 800 nəfər tamaşaçı qəbul edib. Sıralamanın ikinci yerində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı durur. Keçən il 41 800 nəfər tamaşaçı buranı ziyarət edib. Azərbaycan Dövlət Kukla Teatrına isə 35 900 nəfər tamaşaçı gəlib. Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında 35 300 nəfər, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə 33 300 nəfər tamaşaçı il ərzində bir-birindən maraqlı səhnə işlərinə tamaşa ediblər. Ötən il 31 300 nəfər tamaşaçı isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağ olub".