http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Başına tanınmamaq üçün “parik” taxan oğru saxlanılıb

01 Aprel 2024 , 18:21
Başına tanınmamaq üçün “parik” taxan oğru saxlanılıb

Paytaxtın Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs müxtəlif vaxtlarda 15 vətəndaşın evini talayaraq pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Şöhəsinin (PŞ) əməkdaşlarının keçirdikləri əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şamo Əhmədov saxlanılıb. Dindirmə zamanı saxlanılan şəxsin evləri talayarkən kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (“parik”) istifadə etdiyi də müəyyən olunub. Ş.Əhmədov oğurladığı zinət əşyalarını satdığını bildirib.

Digər bir oğurluq hadisəsi isə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə 14-cü PŞ-nə məlumat daxil olub. Keçirilən tədbirlərlə oğurluq əməlini törədən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov saxlanılıblar.
Hadisələrin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir. 
Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Ermənistanda Azərbaycanla delimitasiya prosesinə etiraz edənlər İrəvan-Sevan avtomagistralını bağlayıblar

Ermənistanda Azərbaycanla delimitasiya prosesinə etiraz edənlər İrəvan-Sevan avtomagistralını bağlayıblar

Nazir: "Bu ildən Azərbaycan qazının Macarıstana tam şəkildə təchizatına başlanılıb"

Nazir: "Bu ildən Azərbaycan qazının Macarıstana tam şəkildə təchizatına başlanılıb"

XƏBƏR LENTİ
  • 14:08

    "Qəbələ"nin hücumçusu əməliyyat olundu
  • 13:59

    Rusiya XİN: "Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası məsələlərin siyasi və diplomatik üsullarla həllinin tərəfdarıyıq"
  • 13:47

    İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
    İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
  • 13:36

    Juninyo: "Məşqçimiz bizim rahatlaşmağımıza imkan vermir"
  • 13:35

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 13:33

    AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb
  • 13:31

    Ermənistanda Azərbaycanla delimitasiya prosesinə etiraz edənlər İrəvan-Sevan avtomagistralını bağlayıblar
  • 13:24

    Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib - YENİLƏNİB
Menyu