http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş Prokurorluq və Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb - YENİLƏNİB

02 Aprel 2024 , 17:15
Baş Prokurorluq və Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb - YENİLƏNİB

Aprelin 2-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev iki orqan arasında əməkdaşlığın hər zaman yüksək səviyyədə olduğunu bildirməklə yanaşı, bu memorandumun yeni mərhələyə keçid olduğunu ifadə edib. Tərəflər arasında münasibətlərin korrupsiyaya qarşı, dövlət maliyyə sahəsində, o cümlədən iqtisadi xarakterli cinayətlərə qarşı mübarizəyə töhfə verdiyini bildirib.

Sonra çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ali audit orqanlarının korrupsiyanın qarşısının alınmasına cəlb edilməsi təcrübəsinin son illərdə genişləndiyini, korrupsiyaya qarşı mübarizənin Hesablama Palatasının vəzifələrindən biri olduğunu və əməkdaşlıq çərçivəsində müxtəlif təlim proqramlarının həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Qeyd edək ki, memorandum çərçivəsində tərəflər korrupsiyaya qarşı mübarizə səylərini birləşdirmək, bu sahədə sistemli, kompleks və innovativ xarakterli tədbirlərin icrasının davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə mövcud təcrübəni bölüşməklə ikitərəfli münasibətlərin səmərəli təşkil edilməsi və inkişafının təşviqi məqsədilə səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər.

***

13:02

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, imzalanma mərasimi Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev və Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun iştirakı ilə keçirilib.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu