Menyu

Ən çox istifadə olunan brauzerlər hansılardır?

Nərmin Qocamanlı
Ən çox istifadə olunan brauzerlər hansılardır?

Smartfonlar və fərdi kompüterlər üçün bu ilin mart ayınadək ən çox istifadə olunan brauzerlərin reytinqi məlum olub.

"Operativ Media" xəbər verir ki, bu barədə "Statcounter" infoqrafika təqdim edib.

Belə ki, "Google Chrome" bazarın 65,77%-ni tutaraq masaüstü brauzerlər arasında lider mövqeyini qoruyub saxlamaqda davam edir. “Microsoft Edge” 12,7% balla ikinci yeri qoruduğu halda, “Apple” şirkətinin "Safari" brauzeri 8,63%-lə ilk üçlükdə qərarlaşıb. Dördüncü və beşinci yerləri müvafiq olaraq 6,61% və 3,16% bazar payı ilə "Firefox" və "Opera" tutub.

Mobil brauzer seqmentində isə "Google Chrome" 65,29% payla liderdir, "Apple Safari" və "Samsung İnternet" müvafiq olaraq 24,26% və 4,41% ilə ikinci və üçüncü yerləri tutub. Dördüncü və beşinci yerlərdə 2,2% və 1,44% payla "Opera" və "UC Brauzer"dir.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər