Menyu

Bakıda narkokuryerliyə cəlb olunduqları üçün saxlanılan iki nəfərdən 4 kiloqram heroin və metamfetamin aşkar olunub

Nərmin Qocamanlı
Bakıda narkokuryerliyə cəlb olunduqları üçün saxlanılan iki nəfərdən 4 kiloqram heroin və metamfetamin aşkar olunub

Paytaxt ərazisində polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Təbriz Quliyev və Hüseyn İsmayılov saxlanılıblar.

Baxış zamanı T.Quliyevdən 2 kiloqram heroin, 300 ədəd psixotrop tərkibli metadon həbi, H.İsmayılovdan isə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Dindirmə zamanı H.İsmayılov “Baba” adı ilə tanıdığı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində araşdırmalar davam etdirilir.

Teqlər:

"Bak\u0131da narkokuryerliy\u0259 c\u0259lb olunduqlar\u0131 \u00fc\u00e7\u00fcn saxlan\u0131lan iki n\u0259f\u0259rd\u0259n 4 kiloqram heroin v\u0259 metamfetamin a\u015fkar olunub"

Əlaqəli Xəbərlər