http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02 Aprel 2024 , 17:26
“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

Aprel ayının 2-də “Ritz-Carlton” otelində Azərbaycan Respublikasının Baş  Prokurorluğunun təşkilatçılığı ilə “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda geniş konfrans keçirilmişdir. 

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, ümumilikdə 20-dək müxtəlif dövlət qurumu və hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, ali təhsil ocaqlarının nümayəndələri və vətəndaş cəmiyyəti üzvlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Ali Məhkəmə sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədov, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov,  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov tərəfindən çıxışlar etmiş, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən “Elektron prokurorluq” informasiya sisteminin təqdimatı keçirilmişdir. 

Daha sonra konfrans iştirakçıları tərəfindən ibtidai araşdırmanın elektron qaydada həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və digər qanunvericilik aktlarında əlavə və dəyişikliklər edilməsi və mərhələli şəkildə elektron cinayət təqibinin tətbiqi, ibtidai araşdırmanın elektron qaydada həyata keçirilməsi ilə əlaqədar cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin prosessual hüquqlarının və ibtidai araşdırmanın elektron qaydada həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi, elektron cinayət prosesinə keçidlə əlaqədar aidiyyəti qurumların əməkdaşlarının bu sahədə peşəkarlığının, bilik, bacarıq və vərdişlərinin artırılması və digər aktual məsələlər geniş müzakirə edilmişdir.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu