http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

MN: Silah və hərbi texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir

06 Oktyabr 2022 , 12:37
MN: Silah və hərbi texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər həyata keçirilir.

"Operativ Media"nın Müdafiə Nazirliyinə istinadən xəbərinə görə, Silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, eləcə də digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir.

Kompleks tədbirlər çərçivəsində texnikanın yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilir, elektrik və hidravlik sistemlərinin istismara yararlılığı yoxlanılır.

Həmçinin döyüş növbətçiliyi aparan şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılır. Yüksək dağlıq və sərt iqlim şəraitində xidmət aparan hərbi qulluqçulara normadan əlavə təminat və təchizat vasitələri ayrılır.

Aparılan təminat və təchizat işləri, texnikaya qulluq hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına, eləcə də şəxsi heyətin payız-qış mövsümündə heç bir çətinlik çəkmədən xidmət aparmağına imkan verəcək.

OXŞAR XƏBƏRLƏR
COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XƏBƏR LENTİ
  • 07:19

    KİV: İsrail Livanda peycerləri partlatmaq üçün 15 il hazırlaşıb
  • 06:42

    ABŞ-də dairə hakimi öldürülüb
  • 05:52

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək
  • 05:30

    ÇL: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
Menyu