İtirilən bank kartından 1400 manatlıq alış-veriş ediib
Nərmin Qocamanlı
Martın 31-də Bakı şəhər sakini olan bir nəfərin bank kartını itirməsi və həmin kartdan 1400 manat dəyərində alış-veriş olunması barədə polisə məlumat daxil olub.
Bu barədə "Operativ Media"ya DİN-dən bildirilib.
Belə ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ramil Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"\u0130tiril\u0259n bank kart\u0131ndan 1400 manatl\u0131q al\u0131\u015f-veri\u015f ediib"