Azərbaycanda bazara çıxarılan heyvanlar xüsusi sistemlə izləniləcək
Nərmin Qocamanlı
Azərbaycanda bazarlara daxil olan və bazarlardan çıxarılan heyvanlar xüsusi sistemlə izləniləcək.
"Operativ Media" xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bazarlar “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”ndə qeydiyyata götürüləcək, bazara daxil olan və bazardan aparılan heyvanların identikləşdirilməsi və onların sistem üzərindən izlənməsi təmin ediləcək.
Bu proses AQTA-nın heyvan bazarlarında apardığı monitorinqlər çərçivəsində aşkarlanan nöqsanlarla bağlı görülən tədbirlər çərçivəsində baş tutacaq. Belə ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, aşkarlanan nöqsanlar nəzərə alınaraq heyvan satışı bazarlarında Agentlik tərəfindən tədbirlər görüləcək. Respublikada epizootoloji stabilliyin pozulmasına zəmin yaradan risklər baxımından heyvan satışı bazarları xüsusi əhəmiyyət kəsb etdiyinə görə, bazarlarda dövlət baytarlıq nəzarəti təmin ediləcək, bunun üçün müvafiq şərait və iş rejimi formalaşdırılacaq.
Teqlər:
"Az\u0259rbaycanda bazara \u00e7\u0131xar\u0131lan heyvanlar x\u00fcsusi sisteml\u0259 izl\u0259nil\u0259c\u0259k"