http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ötən il 4709 nəfər dövlət qulluğu imtahanlarda uğurlu nəticə əldə edib

03 Aprel 2024 , 10:35
Ötən il 4709 nəfər dövlət qulluğu imtahanlarda uğurlu nəticə əldə edib

2023-cü il ərzində Dövlət İmtahan Mərkəzi dövlət qulluğunun inzibati vəzifələrinin tutulması məqsədilə hər biri 6 imtahan olmaqla A və B növləri üzrə ümumilikdə 12 test imtahanı keçirib. İmtahanlarda iştirak edən 16200 namizəddən 4709 nəfəri imtahanlarda uğurlu nəticə əldə edib.

DİM-dən "Operativ Media"ya verilən xəbərə görə, test imtahanlarında uğur əldə edərək sertifikat alan namizədlərin təhsil aldığı ali məktəblər üzrə nəticələrə əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universitetinin tələbələri ilk üç yerdə qərarlaşıblar. Test imtahanlarında uğur əldə edən şəxslərin yaş qrupları üzrə bölgüsünə əsasən qadın namizədlərin 18-24 yaş qrupu (42.80%), kişi namizədlərin isə 25-29 yaş qrupu (41.43%) üzrə ən yüksək nəticə əldə etdiyi məlum olub. 55 və daha yuxarı yaş qrupu üzrə uğurlu nəticə qeydə alınmayıb.

Hesabat dövrü ərzində 110 dövlət orqanında vakant olan 1431 inzibati vəzifənin tutulması məqsədilə müsabiqənin müsahibə mərhələsi üzrə elan verilib. Həmin vəzifələrin 150-si inzibati rəhbər vəzifələrə (A növü), 1281-i isə inzibati icraçı vəzifələrə (B növü) aid olub.

Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifəni Kənd Təsərrüfatı Nazirliyi (336 vəzifə) çıxarəb, ən çox müraciət isə Qida Təhlükəsizliyi Agentliyi üzrə (2073 müraciət) qeydə alınıb.

Müsabiqənin müsahibə mərhələsində iştirak sayına görə kişi namizədlər (51.52%) üstünlük təşkil edib. Müsahibələrdə iştirak edənlərin əksəriyyəti gənclərdən (70.58%) ibarətdir. Namizədlər arasında 18-24, 30-34 və 35-39 yaş qruplarında qadınlar üstünlük təşkil edib. 40 yaşdan yuxarı namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak edənlərin cəmi 2.32%-ni təşkil edib. Müsabiqənin müsahibə mərhələsində yaşı 60-dan yuxarı olan 2 namizəd də iştirak edib.

Ötən il ərzində müsahibələrdə uğur əldə etmiş namizədlər 40-ı məhkəmə orqanı olmaqla, 67 dövlət orqanında 1003 vakant vəzifəyə təyin edilib. Ən yüksək təyinat müsabiqə üzrə (493/49.15%) müşahidə edilir. Müsabiqədə uğur qazanmış şəxslər arasında ən çox təyinatı Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparıb.

Dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı tarixdən ehtiyat kadrların təyinatında ən yüksək göstərici hesabat ili ərzində qeydə alınəb. Belə ki, 13-ü məhkəmə orqanı olmaqla, 38 dövlət orqanında 364 vəzifəyə ehtiyat kadrlar təyin edilib. Müsabiqədən müvəffəqiyyətlə keçərək ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər 2022-ci ildə 178 analoji vəzifələrə təyin edilmişdirsə, cari ildə bu say 47.75 % artaraq 263 vəzifə olub.

Ümumilikdə 2022-ci illə müqayisədə 2023-cü ildə dövlət qulluğu üzrə imtahanlarda iştirak edənlərin sayı 13.7% artıb. Bu da ölkədə karyerasını dövlət qurumlarında davam etdirmək istəyən potensial kadrların ilbəil artdığına dəlalət edir.

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu