İşgəncə ilə öldürülən 6 azərbaycanlının meyiti Azərbaycana təhvil verilib

Operativ Media
İşgəncə ilə öldürülən 6 azərbaycanlının meyiti Azərbaycana təhvil verilib

44 günlük müharibədə erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəfinə təhvil verilib.

 

"Operativ Media" xəbər verir ki, bunu Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə sualı cavablandırarkən deyib.

 

O, qeyd edib ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırılmalar davam etdirilir: “Öldürülənlər həm də təcili tibbi yardımın sürücüsü və digər tibb işçisi olub”.

Digər xəbərlər