Menyu

"Görünməzlik qalxanı"nı 68 dollara almaq mümkündür

Nərmin Qocamanlı
"Görünməzlik qalxanı"nı 68 dollara almaq mümkündür

Britaniyanın "Invisibility Shield" şirkəti özünün yeni "Görünməzlik qalxanı"nı təqdim edib. Bu yeni məhsul sizə müvəqqəti olaraq başqaları üçün görünməz olmağa imkan verir.

"Operativ Media" xəbər verir ki, qalxanın mini versiyasının qiyməti 68 dollardır.

"Görünməzlik qalxanı" əyri, davamlı polikarbonat təbəqədir. Arxa tərəfində şəffaf çərçivəsi ilə bədəninizdən və fondan əks olunan işığı dağıdaraq, sizi faktiki olaraq görünməz edən bir sıra linzalara malikdir.

Qalxan vahid fon və açıq rəngli paltarla ən yaxşı şəkildə işləyir. Əyləncə, vəhşi təbiəti izləmək, yaxud oyunlar oynamaq üçün istifadə edilə bilər.

Lakin cihaz təkcə sizi dünyadan gizlətmir, həm də dünyanı sizdən gizlədir. Beləliklə, qalxanın arxasındakı şəxs heç bir şey görə bilmir.

Tərtibatçılar “qalxanı” üç versiyada təklif ediblər: "Mini" 68 dollar, "Full" 378 dollar və "Megashield" 883 dollardır. Yeni versiya əvvəlkindən daha yüngül və sabit hesab olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər