Ana səhifə / Cəmiyyət / Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib 18.12.2022, 09:11 Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Operativ Media" xəbər verir ki, Bülbül prospekti ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində 2 "Toyota Prius" markalı minik avtomobil toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır