http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda sosial media marketinqə maraq niyə azalır?

05 Aprel 2024 , 14:55
Azərbaycanda sosial media marketinqə maraq niyə azalır?

Son illərdə Azərbaycanda sosial media platformalarında kreativ postların sayında azalma müşahidə edilməkdədir. Bu, sosial media marketinqinə olan marağın azalmasına dair bir sıra müzakirələri də gündəmə gətirir. Bir çox insan isə bu sahədə frilans iş axtarır. 

Mövzu ilə bağlı "Admedia" reklam agentliyinin sosial media departamentinin rəhbəri Şahin İsazadə "Operativ Media"ya fikirlərini bölüşüb:

Shahin.png

"Son illərdə sosial media platformalarında orqanik məzmunun görünməsinin azaldığı və reklam məzmununun daha çox nüfuz etdiyini deyə bilərik. Bu, şirkətlər və brendlər üçün orqanik məzmun yaratmaq və potensial müştərilərlə əlaqə qurmaq üçün daha çətin bir mühit yaradır. Bir sıra şirkətlər və brendlər sosial media platformalarından reklam kampaniyalarına və marketinq strategiyalarına daha az maraq göstərirlər. Bu da sosial media marketinqinə olan ümumiləşmiş marağın azalmasına səbəb olur".

Şahin İsazadə bildirir ki, son zamanlar SMM üzrə frilans iş axtaranların artdığı da müşahidə edilir:

"Bir çox gənclər sosial media marketinq sahəsində əlavə iş təcrübəsi qazanmaq üçün frilans işlər axtarırlar. Frilans işlərdə iş saatları və şəraitin rahat olması bir çox insan üçün əvəzsiz seçimdir. Sosial media marketinqdə frilans işlər təklif edən şirkətlər və brendlər işçilərin öz iş vaxtlarını idarə etmələrinə imkan verirlər".

Ekspert onu da qeyd edib ki,  Azərbaycanda sosial media marketinqə olan marağın azalması və frilans iş axtaranların artması bu sahədə dəyişən dinamikanın bir nümunəsidir.

"İş axtaranlar üçün sosial media marketinq sahəsində mümkün olan yeni imkanları araşdırmaq və yaradıcı həllər təklif etmək əhəmiyyətli olacaq".

OXŞAR XƏBƏRLƏR
"Play Store"da rəsmi dövlət proqramlarını müəyyən edən funksiya aktivləşib

"Play Store"da rəsmi dövlət proqramlarını müəyyən edən funksiya aktivləşib

ABŞ-də “Apple” smartfonlarının payı 7% azalıb

ABŞ-də “Apple” smartfonlarının payı 7% azalıb

"Nokia" 4G dəstəkləyən yeni düyməli modellərini təqdim edib

"Nokia" 4G dəstəkləyən yeni düyməli modellərini təqdim edib

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • Dünən
    22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • Dünən
    22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • Dünən
    22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • Dünən
    22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
  • Dünən
    21:50

    Avropa İttifaqı: Ukrayna öz suverenliyinin bir hissəsini Aİ-yə həvalə etməlidir
Menyu