18 Dekabr 2022, 13:26
Biləsuvarda yük avtomobili sərnişin mikroavtobusu toqquşub-YENİLƏNİB
Biləsuvarda yük avtomobili sərnişin mikroavtobusu toqquşub-YENİLƏNİB şəkil
Biləsuvarda yük avtomobili sərnişin mikroavtobusu toqquşub-YENİLƏNİB

Biləsuvar rayonu ərazisində baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.

Bunlar Yardımlı rayon sakinləri, 1956-ci il təvəllüdlü Səmədxan Abdullayev, 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov, Biləsuvar rayon sakinləri, 1996-cı il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir. Hazırda onların müalicəsi rayon xəstəxanasında davam etdirilir.

Faktla araşdırmalara başlanılıb. Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.

***

12:22

Biləsuvar rayonunda yük avtomobili sərnişin mikroavtobusu ilə toqquşub.

"Operativ Media" "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobilinin "Ford" markalı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, "Ford" Şirvan şəhərinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi
KİV: Kaya Kallas Azərbaycana səfər edəcək
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"