Menyu

Rumıniyada NATO-nun hərbi dəniz təlimi başlayıb

Nərmin Qocamanlı
Rumıniyada NATO-nun hərbi dəniz təlimi başlayıb

Rumıniyada NATO dəniz qüvvələrinin “Sea Shield 24”  hərbi təlimi başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Radio Rumıniya" məlumat yayıb.

Bildirilib ki, təşkilatçı ölkədən başqa, alyansa üzv olan 12 ölkə və onların tərəfdaşları - Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Hollandiya, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa da iştirak edir.

Rumıniya Hərbi Dəniz Qüvvələrinin həyata keçirdiyi manevrlərdə 2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika (27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 nəqliyyat vasitəsi və su gəmisi) iştirak edir. Təlim aprelin 21-də başa çatacaq.

“Biz sualtı qayıqlara qarşı, suyun səthinə qarşı, həmçinin Qara dənizdə və məsuliyyətimiz altında olan çay ərazisində aviasiyaya qarşı əməliyyat prosedurlarını həyata keçirəcəyik”, - Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Mihai Panait bildirib.

Teqlər:

"Rum\u0131niyada NATO-nun h\u0259rbi d\u0259niz t\u0259limi ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər