Menyu

Dünyada ən çox satılan smartfonlar hansılardır?

Nərmin Qocamanlı
Dünyada ən çox satılan smartfonlar hansılardır?

Ötən ilin dördüncü rübünün məlumatlarına görə, dünyada ən çox satılan smartfonlar "iPhone 15", "iPhone 13" və "Samsung Galaxy S23 FE"-dir.

"Operativ Media" xəbər verir ki, bu barədə Çinin "Chaodian" analitik şirkəti öz hesabatında bildirilib.

"Apple" 2023-cü ilin son üç ayında 5,3 milyon "iPhone 15" və 2,4 milyon "iPhone 13" satıb. "Samsung Galaxy S23 FE" 2,2 milyon ədəd satılıb. Əsas modellər "iPhone 14" və "Galaxy S23" də müvafiq olaraq 1,9 milyon smartfon və 1,7 milyon ədədlə ilk beşlikdə yer alıb.

Sıralama belə yekunlaşır:

Google Pixel 8 - 1,2 milyon,
Xiaomi Mi 14 Pro - 0,87 milyon,
iPhone 12 - 0,46 milyon,
Vivo X100 Pro - 0,35 milyon,
iPhone 13 Mini - 0,34 milyon,
Motorola Razr 2023 - 0,30 milyon,
Xiaomi: Mi 14 - 0,25 milyon,
Xiaomi Mi 13T Pro - 0,22 milyon,
Samsung Galaxy S22 - 0,21 milyon,
iPhone 15 Plus - 0,21 milyon,
Huawei Mate 60 - 0,19 milyon,
iQOO 12 Pro - 0,17 milyon,
Oppo Find N3 Flip - 0,17 milyon,
Samsung Galaxy S23 Plus - 0,16 milyon,
Google Pixel 7 - 0,16 milyon.

"Chaodian"ın hesabatında qeyd olunur ki, bu təhlil yalnız 600-800 dollar qiymət aralığında olan smartfonlara aiddir.

Teqlər:

"D\u00fcnyada \u0259n \u00e7ox sat\u0131lan smartfonlar hans\u0131lard\u0131r?"

Əlaqəli Xəbərlər