Menyu

Ərdoğan: İsrail Qəzzada etdiyi zülmə görə mütləq cavab verəcək

Ərdoğan: İsrail Qəzzada etdiyi zülmə görə mütləq cavab verəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin prezidenti Mahmud Abbasla telefon danışığı keçirib və İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə cavab verəcəyini bildirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsinin rəhbəri Fahrettin Altun bildirib.

Ərdoğan Abbasa deyib ki, şərtlər nə qədər dəyişsə də, Türkiyə İsrailin Qəzza zolağına vəhşicəsinə hücumlarına müqavimət göstərməyə davam edəcək: "İsrail bu zülmün əvəzini mütləq ödəyəcək. Hamımız atəşkəs üçün bütün qüvvələri səfərbər etməliyik, o cümlədən BMT Təhlükəsizlik Şurasının qərarını yerinə yetirməliyik. İsrailə qarşı qətiyyətlə və vahid cəbhə ilə mübarizə aparmalıyıq".

Qeyd edək ki, söhbət Qəzza zolağında Türkiyənin TRT (TRT Ərəbi) telekanalının ərəb xidmətinin çəkiliş qrupunun atəşə tutulması ilə bağlı insident fonunda baş verib. Telekanalın məlumatına görə, hücum İsrail ordusu tərəfindən həyata keçirilib. Sektorun mərkəzi hissəsindəki Nuseyrat qaçqın düşərgəsi ərazisində jurnalistlərin efirə çıxmaq üçün getdiyi avtomobil atəşə tutulub. Operator Sami Şahada ağır yaralanıb. Onun ayağı amputasiya olunmalıdır, vəziyyəti ağır olaraq qalır və həyatı üçün təhlükə var. Telekanalın müxbiri Sami Berxum isə xəsarət almayıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər