Menyu

KİV: İran ABŞ-yə xəbərdarlıq edib

KİV: İran ABŞ-yə xəbərdarlıq edib

İran bu həftənin əvvəlində bir sıra ərəb ölkələri vasitəsilə ABŞ administrasiyasına xəbərdarlıq edib ki, Vaşinqton İran-İsrail münaqişəsinə qarışarsa, regiondakı Amerika qoşunlarına hücum ediləcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, ABŞ rəsmiləri son günlər İsraildən İrana qarşı hər hansı cavab tədbiri barədə əvvəlcədən məlumat verməsini və ABŞ ilə məsləhətləşmələrini istəyib. 

Daha əvvəl CBS televiziyası mənbələrinə istinadən xəbər vermişdi ki, Birləşmiş Ştatlar aprelin 12-də İranın İsrail hərbi obyektlərinə yüzdən çox pilotsuz təyyarə və onlarla raketlə zərbə endirə biləcəyini gözləyir. 

Teqlər:

"K\u0130V: \u0130ran AB\u015e-y\u0259 x\u0259b\u0259rdarl\u0131q edib"

Əlaqəli Xəbərlər