İsrail Müdafiə Qüvvələri (IDF) İranda baş verənləri diqqətlə izləyir və ABŞ ordusu ilə koordinasiyada istənilən təhlükəyə hərtərəfli hazırdır.
"Operativ Media" xəbər verir ki, bu sözləri İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.
"İDF istənilən təhlükəyə qarşı həm hücum, həm də müdafiə baxımından çox yaxşı hazırlaşıb. İDF İranda və müxtəlif arenalarda baş verənləri yaxından izləməyə davam edir, ABŞ Silahlı Qüvvələri ilə koordinasiyada mövcud və potensial təhlükələrə qarşı durmağa daim hazırlaşır. Bizim Qüvvələr hər an və istənilən ssenariyə hazırdır", - deyə Halevi bildirib.
Ordunun mətbuat xidməti bildirib ki, iclasda Baş Qərargah rəisinin müavini, kəşfiyyat və əməliyyat idarələrinin rəisləri, İsrail Hərbi Hava Qüvvələrinin komandanı və ölkənin maddi-texniki təchizat idarəsinin rəisi iştirak edib.
"Hazırda ABŞ Mərkəzi Komandanlığının komandanı general Maykl Kurilla ilə birlikdə vəziyyətin qiymətləndirilməsi aparılır", - departament əlavə edib.