Menyu

Ermənistanda 8 polis əməkdaşı işdən çıxarılıb

Ermənistanda 8 polis əməkdaşı işdən çıxarılıb

Aprelin 12-də Ermənistan Daxili İşlər Nazirliyinin baş katibi Ara Fidanyanın sədrliyi ilə Daxili İşlər Nazirliyinin intizam komissiyasının növbəti iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, iclasda 8 polis əməkdaşı barəsində aparılmış xidməti araşdırmanın materialları və gəlindiyi nəticələr öyrənilib və müzakirə edilib.

İntizam komissiyası faktiki halları təhlil edərək həmin 8 polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi üçün xidməti araşdırma təyin etmiş vəzifəli şəxslərin vasitəçiliyi ilə bağlı qərar qəbul edib, onlara "Polis orqanlarından xaricetmə" intizam tənbehinin tətbiq edilməsini təklif edib.
 

Teqlər:

"Erm\u0259nistanda 8 polis \u0259m\u0259kda\u015f\u0131 i\u015fd\u0259n \u00e7\u0131xar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər