İsrail quruda və havada müdafiəyə hazır olduğunu bildirib
İsrail tərəfdaşları ilə sıx əməkdaşlıq edərək quruda və havada özünü müdafiə etməyə hazırdır və hücum zamanı necə cavab verəcəyini biləcək.
"Operativ Media" xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla ilə görüşdən sonra deyib.
"Biz partnyorlarımızla sıx əməkdaşlıq edərək quruda və havada özümüzü müdafiə etməyə hazırıq və hücum olunarsa, necə cavab verəcəyimizi biləcəyik", - Qalant bildirib.
Bəyanatda bildirilir ki, Qalant və Kurilla İranın İsrail dövlətinə hücumuna hazırlığı müzakirə ediblər və bu, regional gərginliyə səbəb ola bilər. Mətbuat xidməti əlavə edib ki, görüş İsrail Hərbi Hava Qüvvələrinin Hazor aviabazasında baş tutub.