Menyu

Orenburqda daha 800 ev və 1800 torpaq sahəsi su altında qalıb

Nərmin Qocamanlı
Orenburqda daha 800 ev və 1800 torpaq sahəsi su altında qalıb

 

Son 24 saat ərzində Orenburqda 800 ev və 1,8 min təsərrüfata məxsus torpaq sahəsi su altında qalıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə bələdiyyə dispetçer mərkəzinin direktoru Aleksandr Sisa məlumat verib.

Sisa bildirib ki, son məlumatlara görə, ümumilikdə 8 min ev təsərrüfatının ərazisi və təxminən 3 min evi su basıb.

Qeyd olunub ki, ötən gecə Orenburq yaxınlığında Ural çayının səviyyəsi 11,62 metrə yüksəlib. Orenburq vilayətinin qubernatoru Denis Paslerin sözlərinə görə, aprelin 13-də səhər saatlarında suyun səviyyəsi 11,7 metrə çatıb. 

Regional hakimiyyətlər gözləyirlər ki, bundan sonra artım olmayacaq, vəziyyət sabitləşəcək, sonra su azalmağa başlayacaq.

Son məlumatlara görə, bölgədə 13 mindən çox insan təxliyə edilib.

Teqlər:

"Orenburqda daha 800 ev v\u0259 1800 torpaq sah\u0259si su alt\u0131nda qal\u0131b"

Əlaqəli Xəbərlər