Menyu

Şolts və Zelenski Ukraynanın müdafiəsini gücləndirməyi müzakirə ediblər

Şolts və Zelenski Ukraynanın müdafiəsini gücləndirməyi müzakirə ediblər

Almaniya kansleri Olaf Şolts və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.

Tərəflər Ukraynanın hava hücumundan müdafiə sistemlərinin daha da gücləndirilməsi variantlarını müzakirə ediblər. Onlar razılaşıblar ki, Kiyevin tərəfdaşları tərəfindən bu istiqamətdə əlavə səylər lazımdır. Şolts həmçinin Zelenskiyə Berlinin Kiyevə daha bir Patriot sistemi göndərəcəyi barədə məlumat verib.

"Kansler əmin edib ki, Almaniya İsveçrənin beynəlxalq sülh konfransının yüksək səviyyədə keçirilməsi təşəbbüsünü fəal şəkildə dəstəkləyəcək və mümkün olan ən geniş qlobal iştirak üçün səy göstərəcək", - Almaniya tərəfinin bəyanatında deyilir.

Teqlər:

"\u015eolts v\u0259 Zelenski Ukraynan\u0131n m\u00fcdafi\u0259sini g\u00fccl\u0259ndirm\u0259yi m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər