Böyük Kuril adaları silsiləsinin şimal qrupuna daxil olan adalardan biri olan Paramuşir adasında Ebeko vulkanı oyanıb.
"Operativ Media" Rusiya Vulkanologiya və Seysmologiya İnstitutuna istinadən xəbər verir ki, vulkan təxminən 2,5 kilometr hündürlüyə qədər kül püskürüb.
"Ebeko vulkanının külü dəniz səthindən 2,5 kilometr hündürlüyə çatıb", - məlumatda deyilir.
İnstitut qeyd edib ki, atılan külün yayılması vulkanın yeddi kilometr cənub-şərqində olub.
Vulkanın oyanması nəticəsində bölgədə narıncı aviasiya təhlükəsi tətbiq edilib, çünki yaranmış vəziyyət alçaqdan uçan təyyarələr üçün təhlükə yarada bilər.