Ermənistanda məşhur supermarketlərdən birinin sahibinin evində asılmış meyit tapılıb
Erməni fotojurnalist Qaqik Şamşyan bildirib ki, bu gün Oşakan kəndinin evlərindən birində kişi meyitinin olması barədə əməliyyat məlumatı daxil olub.
"Operativ Media" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə gələn polis və patrul əməkdaşları Oşakan kəndinin evlərindən birində asılmış kişi meyiti aşkar ediblər.
Həmin şəxs 69 yaşlı Armavir rayon sakini olub.
Mütəxəssislərin ilkin rəyinə görə, meyitin üzərində zorakılıq izləri aşkar edilməyib.
Q.Şamşyanın sözlərinə görə, sözügedən ev Ermənistanın məşhur ticarət mərkəzlərindən birinin sahibinə məxsusdur və mərhum sözügedən evdə kənd təsərrüfatı işləri ilə məşğul olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net